Bu gündən Venesuelada dövriyyəyə yeni pullar buraxılacaq.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin milli valyuta 1:100 000 nisbətində denominasiya edilir.
Buna səbəb Venesuelanın milli valyutası - bolivarın hiperinflyasiya nəticəsində dəyərini kəskin itirməsidir.
Yeni pulların dəyəri Venesuelanın "Petro" adlı kriptovalyutasının dəyərinə bağlı olacaq. Denominasiya ilə əlaqədar bu gün ölkədə qeyri-iş günü elan olunub ki, vətəndaşlar yeni pullara rahat öyrəşə bilsinlər.