Türkiyə regiondakı terror təşkilatları ilə qəti mübarizəsini sürətini azaltmadan davam etdirir.
Ölkə daxilində PKK terror təşkilatını darmadağın edən Türkiyə Silahlı Qüvvələri (TSQ) sərhəddən kənarda da təşkilata ağır zərbələr endirir. TSQ ABŞ-ın milyonlarla dollar və minlərlə əsgər yardımına rəğmən, Suriyanın Afrin bölgəsini terrorçulardan təmizləyib. "Mehmetçik” Afrinin ardınca İraqın Sincar vilayətində hərbi əməliyyat keçirmək üçün hazırlaşır.
Türkiyənin bölgədə əməliyyat keçirməsini eşidən terrorçular vilayətin boşaldıldığını açıqlamış, lakin sonra bunun gerçək olmadığı ortaya çıxmışdı. PKK Afrin və Fəratda yaşananların eynisini yaşamamaq üçün ABŞ-dan kömək istəyib. Təşkilatın çağırışına cavab verən bir qrup amerikalı əsgər ağır silahlar və zirehli avtomobillərlə Sincarda hərbi baza qurub. Lakin TSQ əməliyyatlarına davam edərək PKK-nın liderlərindən olan İsmayıl Özdəni zərərsizləşdirib. Sərhəddən kənarda anlıq hava hücumu ilə məhv edilən lideri Sincarda dəfn ediblər. PKK-nın idarə heyətindən də yas mərasiminə qatılanlar olub. ABŞ-ın göndərdiyi ağır silahlar və zirehli avtomobillər yas mərasimində məhz PKK-nın digər liderlərini qorumaq üçün iştirak edib.
İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsilə bölgəyə yerləşdirilən amerikalılar yas mərasimində hər kəsin üzərini yoxlayıb, məzarlığın bütün giriş-çıxış nöqtələrini nəzarətə alıb və cənazə konvoyunda iştirak edib.
Rəsmi Vaşinqtonun bu hadisə barədə hər hansı açıqlama verib-verməyəcəyi isə müzakirə mövzusu olub./publika.az