"Taliban” silahlıları Əfqanıstanın şimalında, Künduz vilayətinin Xan Abad rayonunda 3 sərnişin avtobusunu qaçırıb. Avtobusdakı sərnişinlərin xilas edilməsi üçün
əraziyə qoşun göndərilib. Hazırda bölgədə şiddətli döyüşlərin getdiyi
deyilir.
Qeyd edək ki, ötən gün Əfqanıstan prezidenti Əşrəf Qəni "Taliban"la Qurban bayramı münasibəti ilə atəşkəs rejiminin tətbiq edilməsi barədə qərar qəbul edib.