Fransanın Obervilye kommunasında yaşayış binasında güclü yanğın olub. Yanğın nəticəsində 7-si ağır olmaqla 22 nəfər xəsarət alıb. Onlardan 10 nəfəri polis əməkdaşıdır.
Məlumata
görə, yaralılardan 5-i uşaqdır, bir qadının vəziyyəti ağır
qiymətləndirilir. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım
briqadaları cəlb edilib.