Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar "Taliban” yaraqlıları ilə atəşkəs elan edib.
Bu barədə Əşrəf Qani "Twitter" səhifəsində məlumat paylaşıb. O, "Taliban” rəhbərliyini İslam dəyərləri və prinsipləri əsasında sülh danışıqlarına çağırıb.
Qeyd edək ki, atəşkəs Həcc ziyarətinin sonuncu gününədək davam edəcək.