Xəzər Xəbər

Ərdoğan Türkiyə tarixində ən böyük layihədən danışdı

Dünya | 10:53 • 19 Avqust 2018
Ərdoğan Türkiyə tarixində ən böyük layihədən danışdı

Türkiyə tərəfi "Bosfor” boğazına alternativ olacaq "İstanbul” kanalının ikintisi üzrində iş aparır.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Yeni su arteriyasının uzunluğu 43 km təşkil edəcək. Kanalın hər iki tərəfində iki yeni şəhər salınacaq. Bu, Türkiyə tarixində ölkə üçün strateji əhəmiyyət daıyan ən böyük layihədir. Biz onun həyata keçirilməsinə hazırıq”, - deyə, Ərdoğan bildirib.

O, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının qurultayında çıxışı zamanı bildirib. Xatırladaq ki, qurultayda nümayəndə heyətləri Ərdoğanı dəstəkləyiblər və 6-cı dəfə partiya sədri seçilir.

Xəbər lenti