Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib. Liderlərin Berlində baş tutan görüşü 3 saat çəkib.
Görüşdən
əvvəl mətbuata bəyanatla çıxış edən Merkel və Putin qeyd ediblər ki,
işçi nahar formatında keçiriləcək görüşdə ikitərəfli və regional
məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Həmçinin bildirilib ki, söhbət zamanı Suriya məsələsi, Ukrayna böhranının həlli yolları, "Şimal axını-2” layihəsi, İranın nüvə proqramı üzrə saziş ətrafındakı vəziyyət müzakirə olunacaq.