Xəzər Xəbər

ATƏT nümayəndələrinin Azərbaycana səfərinə dair məlumat yayıb

Dünya | 09:10 • 23 İyun 2018
ATƏT nümayəndələrinin Azərbaycana səfərinə dair məlumat yayıb

İyunun 18-22-də ATƏT-in 24 nəfərdən ibarət Daimi Nümayəndələr qrupu Ermənistana, Gürcüstana və Azərbaycana səfər edib.


Xezerxeber.az-ın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, səfirlər İrəvan, Tiflis və Bakıda hökumət üzvləri, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər. Danışıqlar zamanı təhlükəsizlik, münaqişələr və son siyasi hadisələrə xüsusi diqqət yetirilib.

Səfirlər Azərbaycanda Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyevlə, həmçinin Milli Məclisin nümayəndələri, Milli Məclisin vitse-spikeri Bahar Muradova və ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevlə görüşüblər.

Fransalı səfir Veronik Locer Lakan ümumi təhlükəsizlik naminə ATƏT-in əməkdaşlığı daha da genişləndirdiyini vurğulayıb. Səfərin yekununda qonaqlar baş nazir Novruz Məmmədovla görüşüblər. Görüşdə ATƏT çərçivəsində gələcək dialoq və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbər lenti