Xəzər Xəbər

Bu rayonda cəmi 1 ailə sosial yardım alır STATİSTİKA

Cəmiyyət | 09:50 • 14 Aprel 2025
Bu rayonda cəmi 1 ailə sosial yardım alır

Azərbaycanda sosial yardım alan ailələrin sayı məlum olub.

Xezerxeber.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına istinadən hesablamasına görə, 11.04-2025-cü il tarixinə respublikanın şəhər və rayonları üzrə 52 432 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir.

Ən çox və ən az sosial yardım ödənilən rayonlar

Respublika, o cümlədən Bakı şəhəri üzrə ən çox və ən az sosial yardım alan ailələrin sayı da bilinib.
Məlum olub ki, Azərbaycanda ən çox sosial yardım Abşeron rayonu üzrə verilir. Bu rayonda 2708 ailə sosial yardım alır. Respublika üzrə ən az, cəmi 1 ailənin sosial yardım aldığı rayon Laçındır.
Paytaxt Bakı şəhəri üzrə ən çox sosial yardım alan ailə Sabunçu rayonunda yaşayır. Bu rayonda 2690 ailəyə sosial yardım ödənilir. Bakıda ən az sosial yardım ödənilən ailə isə Pirallahı rayonundadır – 92 ailə.

Sosial yardım kimlərə verilir?

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Hazırda ehtiyac meyarı 285 manat təşkil edir.

Bu il sosial yardımın ortaaylıq məbləği artacaq

Xatırladaq ki, 2023-cü ildə 64 min aztəminatlı ailənin 272,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta ortaaylıq məbləği 114,3 manat təşkil edib. 2024-cü ildə isə 76 min aztəminatlı ailənin 334,5 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta ortaaylıq məbləği 107,5 manat təşkil edib.

Ötən il bir ailəyə düşən sosial yardımın ortaylıq məbləği 475 manat olub. 2025-ci ildə bu rəqəmin artacağı gözlənilir.

Atif 

Xəbər lenti