Xəzər Xəbər

Göyçaya qonaq gedən kişinin meyiti dərədən tapılıb

Cəmiyyət | 16:15 • 2 Aprel 2025
Göyçaya qonaq gedən kişinin meyiti dərədən tapılıb

Göyçayda martın 30-da itkin düşmüş 52 yaşlı kişinin meyiti tapılıb.

Xezerxeber.az xəbər verir ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Fuad Firuddin oğlu Kərimovun üzərində xəsarətlər olan meyiti aprelin 2-də Göyçay rayonunda, “Əlvan dərəsi” adlanan ərazidə aşkar olunub.

Məlumata görə, mərhum bayram tətili ilə əlaqədar Bakıdan Göyçaya qonaq gedib. Lakin martın 30-dan sonra F.Kərimovdan xəbər almaq mümkün olmayıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti