Xəzər Xəbər

Bu küçədə avtomobillərin hərəkətinə tam məhdudiyyət tətbiq olunub

Cəmiyyət | 09:22 • 26 Mart 2025
Bu küçədə avtomobillərin hərəkətinə tam məhdudiyyət tətbiq olunub

Martın 26-da paytaxtın 6-cı Keşlə küçəsində yerləşən dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Xezerxeber.az-a bildirilib ki, məhdudiyyətlə əlaqədar 32 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq Əlişir Nəvai küçəsi ilə təşkil ediləcək.

Xəbər lenti