Xəzər Xəbər

Azərbaycanda 40 min manatdan çox gecikdirilmiş vəsait işçilərə ödənilib

Cəmiyyət | 12:16 • 24 Mart 2025
Azərbaycanda 40 min manatdan çox gecikdirilmiş vəsait işçilərə ödənilib

Azərbaycanda qanunsuz çıxarılmış 7 nəfər əvvəlki işinə bərpa edilib, 40 min manatdan çox gecikdirilmiş vəsait işçilərə ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Vurğulanıb ki, həmin vəsaitin 86,3 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub. Müraciətlərin araşdırılması zamanı həmçinin 7 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edilib, həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Çox oxunanlar