Xəzər Xəbər

Dəm qazından zəhərlənənlərin vəziyyətləri açıqlanıb

Cəmiyyət | 12:55 • 5 Fevral 2025
Dəm qazından zəhərlənənlərin vəziyyətləri açıqlanıb

05.02.2025-ci il tarixində saat 00:30 radələrində Ağstafa rayonu Hüseyn Arif küçəsi ərazisindən dəm qazından zəhərlənmə şübhəsi ilə 3 nəfər (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, 1995, 2002 və 2004-cü il təvəllüdlü şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyətləri stabil qiymətləndirilir. Müalicələri xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti