Xəzər Xəbər

Ziya Bünyadov prospekti genişləndirilir, Xırdalana yeni yollar çəkiləcək AÇIQLAMA

Cəmiyyət | 18:38 • 28 Yanvar 2025
Ziya Bünyadov prospekti genişləndirilir, Xırdalana yeni yollar çəkiləcək

“20 Yanvar layihəsi kifayət qədər kompleks mürəkkəb bir problem olduğuna görə Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində çəkilişlərlə, dataların götürülməsi ilə təhlillər aparılıb”.

Xezerxeber.az xəbər verir ki, bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

“Nəticədə böyük bir simulyasiya hazırlanıb. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yol ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulub. Bu istiqamətdə layihələndirmə işlərinə qısa müddətdə başlanılacaq”, - AYNA sədri vurğulayıb.

Xəbər lenti

Ət ucuzlaşıb VİDEO
19:34 • 2 Fevral 2025
Ağdərədə ev yanıb
18:01 • 2 Fevral 2025