Xəzər Xəbər

DİN əhaliyə müraciət edib

Cəmiyyət | 11:21 • 28 Yanvar 2025
DİN əhaliyə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) süni intellektlə bağlı xəbərdarlıq edib.

DİN-dən Xezerxeber.az-a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:

"Süni intellekt texnologiyasından istifadə hallarının artdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.

Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.

Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər".

Rubrikanın digər xəbərləri

Xəbər lenti