Xəzər Xəbər

Ölkə ərazisində hava şəraiti sabit keçib

Cəmiyyət | 10:06 • 11 Yanvar 2025
Ölkə ərazisində hava şəraiti sabit keçib

Yanvarın 11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Xezerxeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Binə, Pirallahı, Hacıqabul, Culfa, Şəmkir, Şamaxı, Şabran, Yevlax, İmişli, Kürdəmir, Biləsuvar, Cəfərxan, Sabirabad, Zərdabda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Xəbər lenti