Dekabr ayı üzrə Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə səbəbilə 116 müraciət daxil olub.
Xezerxeber.az xəbvər verir ki, bu barədə KTM-dən bildirilib.
Bildirilib ki, dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 116 nəfər qəbul edilib.
Şöbəyə qəbul edilən xəstələrdən 29 nəfər dərmandan, 24 nəfər sirkə turşusundan, 22 nəfər botulizmdən zəhərlənən şəxslərdir.
Həmçinin 18 nəfər dəm qazından, 7 nəfər allergik reaksiyadan, 4 nəfər etanoldan, 3 nəfər fosfor üzvi birləşmələrdən, 6 nəfər yandırıcı məhlul, 3 nəfər isə anafilaktik şok səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (5 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, botulizm, etanol, dərman və dəm qazı zəhərlənmələrindən qeydə alınıb.