Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədər yanvarın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.
"Azərişıq"dan Xezerxeber.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq saat 11:30-dan saat 13:00-dək Biləcəri qəsəbəsi Cantəpə yaşayış massivi və ətrafında yerləşən ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.