Xəzər Xəbər

Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanlara VACİB XƏBƏR

Cəmiyyət | 13:47 • 9 Yanvar 2025
Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanlara

Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün mexanizmlər hazırlanır.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni mexanizmlər ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, “Report”a müraciət edən bir neçə vətəndaş qüvvəyə minən müvafiq dəyişikliklərin hazırda hərbi xidmətdə olan 31-35 yaşlı şəxslərə şamil olunub-olunmayacağı haqqında sual ünvanlayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev hərbi xidmət haqqında müvafiq qanunlara edilən dəyişiklikləri 2024-cü il dekabrın 29-da təsdiqləyib. Həmin dəyişikliklərə əsasən, Azərbaycanda hərbi xidmətə çağırılanlar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Qanun təsdiqlənənə qədər həmin yaş həddi 18 yaşından 35 yaşınadək idi.

Həmçinin, müvafiq olaraq Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib. (report)

Xəbər lenti