Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər müəyyənləşdiriləcək.
Xezerxeber.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.