Təhsil Tələbə Krediti Fondu tərəfindən təhsil tələbə krediti hər tələbəyə bir dəfə verilir.
Xezerxeber.az xəbər verir ki, bunu TTKF-nin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, təkrar bakalavr təhsili almaq istəyən tələbələr ikinci dəfə bu imkandan yararlana bilməzlər.