"Üç il ərzində Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək olan 173 tələbənin kreditlərinin tam yarısı dövlət tərəfindən bağışlanıb".
Xezerxeber.az xəbər verir ki, bunu TTKF-nin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair keçirilən brifinqdə deyib.
"400-ə yaxın standart təhsil tələbə krediti almış məzunda isə bu güzəşt 25% təşkil edib. Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min azn təşkil edib", - deyə o bildirib.