Xəzər Xəbər

Azərbaycanda həkimlər nə qədər maaş alır? SİYAHI

Cəmiyyət | 15:45 • 17 Dekabr 2024
Azərbaycanda həkimlər nə qədər maaş alır?

Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra həkimlərin orta aylıq əməkhaqqında artım müşahidə olunur.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2024-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransı zamanı məlumat verilib.

Bildirilib ki, icbari tibbi sığortanın tətbiqindən əvvəl həkimlərin orta aylıq əməkhaqqı 390 manat təşkil edirdi.

“İcbari tibbi sığorta tətbiq edildikdən sonra 2024-cü il üçün həkimlərin orta aylıq əməkhaqqı aşağıdakı kimidir:

Həkim - ümumi cərrah – 3300 manat

Həkim - oftalmoloq - 2400 manat

Həkim - mama-ginekoloq – 3300 manat

Həkim - radioloq – 2500 manat

Həkim – terapevt – 1860 manat

Həkim – kardioloq – 2350 manat

Həkim- travmatoloq – 3600 manat”.

Xəbər lenti

Çox oxunanlar