Bir neçə ildir ki, metrostansiyaların çıxışlarında bayram yarmarkaları üçün çadırlar qurulmur.
Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentindən bildirilib ki, bu il də Yeni il yarmarkalarının təşkil edilməsi gözlənilmir.
Qeyd edək ki, bir neçə il qabaq Bakıda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il bayramı münasibətilə metrostansiyaların qarşısında bayram yarmarkaları qurulurdu. (trend)