Xəzər Xəbər

Ali təhsil müəssisələrində tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir Emin Əmrullayev

Cəmiyyət | 11:11 • 11 Dekabr 2024
Ali təhsil müəssisələrində tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir

Ali təhsil müəssisələrində tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, elmi tədqiqatlar aparılsa da, bunlar pərakəndə şəkildədir.

"Universitetin reytinqini ölçə bilmək üçün tədqiqat aparan alim hansısa universiteti təmsil etməlidir. Bunu təşkil edə bilsək, universitetlərimizin reytinqi də artacaq. Bu gün universitetlərin sayı çox, aparılan tədqiqat sayı azdır. Buna görə də universitetlərin işini tədqiqat qurumları ilə birlikdə təşkil etmək lazımdır. Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik. Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst sıralarda olacaq", - nazir qeyd edib.

Xəbər lenti

Bakıya qar yağacaq
18:15 • 11 Dekabr 2024
Külək güclənəcək
16:37 • 11 Dekabr 2024