İlk 3 il erkən yaş dövründə önəmli ərəfədir. Bu dövr uşaqlar üçün beynin inkişafına əhəmiyyətli təsir göstərir.
Xezerxeber.az xəbər verir ki bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II beynəlxalq konfransda deyib. O bildirib ki, erkən yaş dövrü uşaqların növbəti təhsil pillələrində daha uğurlu olmalarına təsir edəcək: “Məktəbəqədər təhsil 1-5 yaşı əhatə edən uşaqların cəlbini nəzərdə tutulur. Bu günə qədər 50 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb. Cari ildə ümumilikdə 100 təhsil müəssisəsində monitorinq aparılıb”.