Xəzər Xəbər

Azərbaycandan Qazaxıstan və Türkmənistan limanlarına sərnişindaşımanın qiyməti açıqlanıb

Cəmiyyət | 18:41 • 3 Dekabr 2024
Azərbaycandan Qazaxıstan və Türkmənistan limanlarına sərnişindaşımanın qiyməti açıqlanıb

Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) bərə və Ro-Ro tipli gəmiləri ilə Ələt (Bakı)-Türkmənbaşı-Ələt (Bakı) və Ələt (Bakı)-Kurık-Ələt (Bakı) istiqamətlərində sərnişinlərin daşınması həyata keçirilir.

ASCO-dan Xezerxeber.az-a bildirilib ki, biletlərin qiyməti Qazaxıstan istiqamətində 60-80 dollar, Türkmənistan istiqamətində 50-60 dollar arasında dəyişir.

Qeyd edək ki, hazırda xüsusi karantin rejimi ilə əlaqədar ölkəni tərk etmək üçün (hava yolu istisna) Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur.

Xəbər lenti

Çox oxunanlar