Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikili sökülüb.
FHN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Saray qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanaraq, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.
Qanunsuz inşa olunan tikili FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sökülüb.