Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində beş ədəd çoxmənzilli yaşayış binası tikəcək.
Xezerxeber.az-ın dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı agentlik hazırlıqlara başlayıb.
MİDA sözügedən işlərin icrasının 30.087.079,22 AZN-ə (30 milyon 87 min 79 manat 22 qəpik) başa gələcəyini proqnozlaşdırıb.