Şahbuz rayonunun Batabat yaylağına intensiv qar yağır.
Məlumata görə, Naxçıvan Muxtar respublikası (MR) Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları ilə ərazidəki yollar qardan təmizlənir.
Qeyd edək ki, hal-hazırda Şahbuz rayonunun Batabat yaylağında qarın qalınlığı 20, Küküdə 10, Biçənək kəndində 8 santimetr, Culfa rayonunun Ərəfsə kəndində 5, Şərur rayonunun Axura kəndində 4, Ordubad rayonun Nürgüt kəndində 2, Parağaçay qəsəbəsində isə 1 santimetr təşkil edir.