Xəzər Xəbər

"Veteran pulu"nun artırılması təklif edilir

Cəmiyyət | 15:34 • 19 Noyabr 2024
"Veteran pulu"nun artırılması təklif edilir

“Müharibə veteranlarına ödənilən təqaüdün məbləği artırılmalıdır”.

Xezerxeber.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 
“Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği artırılmalıdır. 
Eyni zamanda, müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla, digər hərbi qulluqçulara tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının, həmçinin müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması zəruridir”, - deyə Səbinə Əliyeva qeyd edib. 
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da veteranlara ödənilən təqaüdün məbləğinin artırılmasının tərəfdarıdır.

O təklif edib ki, "veteran pulu" heç olmasa 20-30 manat qaldırılsın. “Biz 80 manatı o zaman onların kommunal xidmətlərinə uyğun olaraq vermişdik. Axı indi su, qaz, işıq pulları qalxıb. Metro və avtobus qiymətləri də qalxıb”, deyə Siyavuş Novruzov bildirib. 
Qeyd edək ki, hazırda müharibə veteranlarına ödənilən təqaüdün məbləği 80 manatdır.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024