Xəzər Xəbər

Professor: Saxta qidalar altsheymer və xərçəng riski yaradır

Cəmiyyət | 13:25 • 8 Noyabr 2024
Professor: Saxta qidalar altsheymer və xərçəng riski yaradır

Mütəxəssislər saxta qidaların sağlamlıq üçün ciddi təhlükə yaratdığını vurğulayaraq bu cür məhsulların altsheymer və xərçəng kimi xəstəliklərin riskini artırdığını bildiriblər.

Xezerxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, qida sahəsində maarifləndirmənin əhəmiyyətinə diqqət çəkən mütəxəssislər, sağlam və etibarlı məhsulların seçimi üçün qida savadlılığının əhəmiyyətini qeyd edirlər.

Mütəxəssis Elif Aşlamacı Attepe 2009-cu ildən məhsul təhlükəsizliyi üzərində çalışan qeyri-hökumət təşkilatının başçısı olaraq, bu sahədə maarifləndirmə işləri apardıqlarını bildirib. O, xüsusilə istehlakçılara “üzvi” və ya “təbii” kimi aldadıcı markalara qarşı ehtiyatlı olmağı tövsiyə edir. Saxta məhsullar arasında ən çox diqqət çəkənlər - pendir, toxum və baldan danışan E.A.Attepe, aparılan bir tədqiqatda əldə edilən nümunələrin çoxunun saxta olduğunu bildirib. O, istehlakçıların bu cür məhsullardan qorunması üçün qida savadlılığının artırılmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, məhsulun qablaşdırılması və üzərində qeyd olunan etiket məlumatları diqqətlə yoxlanmalıdır. İstehlakçılara tanımadıqları və qablaşdırılmamış məhsullardan çəkinmək, etiketləri diqqətlə oxumaq və məhsulun qeydiyyat nömrəsini yoxlamaq tövsiyə olunur.

Professor Murat Baş, saxta qidaların əsas problemlərdən biri olduğunu bildirib: “Saxta qidalar altsheymer və xərçəng riski yaradır. Duzluluğun çoxluğu, nitrat tərkibli qidalar, sosiska kimi məhsullar mədə xərçəngi riskini artırır. Bu cür qidaların düzgün emal edilməməsi və yüksək kimyəvi tərkib sağlamlığa ciddi zərər verə bilər. Bu problemlərdən qorunmaq və sağlamlığın təhdid altına alınmasının qarşısını almaq üçün qida savadlılığının artırılması əhəmiyyətli bir addım olar”.

Xəbər lenti