Xəzər Xəbər

Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir

Cəmiyyət | 18:04
Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir

COP29 qlobal iqlim konfransının keçirilməsi ilə əlaqədar iki qatarın ehtiyatda saxlanması məqsədilə noyabrın 11-23-də Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edilir.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən Xezerxeber.az-a bildirilib ki, qeyd edilmiş müddət boyunca həftənin iş günlərində (iş günü elan edilmiş noyabrın16-23 daxil olmaqla): Bakıdan saat 08:10, 17:50 və 19:05, Sumqayıtdan saat 07:20, Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilir.

Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır.

Xəbər lenti

Çox oxunanlar