Xəzər Xəbər

Dönər üçün istifadə edilən ət yalnız AQTA-nın təsdiqlədiyi kəsim məntəqəsindən alınmalıdır

Cəmiyyət | 15:05 • 4 Noyabr 2024
Dönər üçün istifadə edilən ət yalnız AQTA-nın təsdiqlədiyi kəsim məntəqəsindən alınmalıdır

Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, ictimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması bölməsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər bölmələrində istifadə olunmasına yol verilməməlidir.

Xəbər lenti

Çox oxunanlar