Xəzər Xəbər

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

Cəmiyyət | 14:20
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) noyabrın 1-dən COP29 ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

O qeyd edib ki, bununla bağlı mövcud stansiya və dayanacaqlarda əməkdaşların sayı artırılıb.

“Bundan başqa, təhlükəsizlik tədbirləri gücləndirilib, sərnişinlərin hərəkətini tənzimləmək üşün naviqasiya sistemləri, qatarların hərəkətini əks etdirən yeni monitorlar quraşdırılıb. Bakı Dəmiryolu Vağzalında genişləndirmə işləri aparılıb”, - deyə departamentinin rəisi əlavə edib.

Xəbər lenti

Çox oxunanlar