Xəzər Xəbər

Şəmkirin keçmiş icra başçısı ilə bağlı qərar elan olunub

Cəmiyyət | 12:28 • 1 Noyabr 2024
Şəmkirin keçmiş icra başçısı ilə bağlı qərar elan olunub

Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun növbəti Apellyasiya məhkəməsi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim son qərar verib.

Qərara əsasən, apellyasiya qismən təmin edilib, A.Məmmədovun həbs cəzası 10 il 6 aya endirilib.

Bundan başqa, məhkəmənin qərarı ilə A.Məmmədova məxsus olduğu bildirilən "Abad Şəmkir" bazarı dövlətin balansına keçirilib.

Qeyd edək ki, Alimpaşa Məmmədova Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 il 6 ay həbs qərarı verilib.

Xəbər lenti

Çox oxunanlar