Xəzər Xəbər

Bu nişanın tələbini pozanlar 60 manat cərimə ediləcəklər

Cəmiyyət | 17:05
Bu nişanın tələbini pozanlar 60 manat cərimə ediləcəklər

“Hörmətli sürücülər, bir parklanma məntəqəsində iki nişanın yanaşı olması sizi çaşdırmasın. Bu, qanunla yolveriləndir”.

Bu barədə Xezerxeber.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. 

Qeyd edilib ki, parklanma yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər mütləq qaydada nəzər alınır.

"Fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün xüsusi yerlər müvafiq yol nişanları ilə təchiz edilir.

Əlillər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilər.

Bu yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 AZN məbləğində cərimə edilir", - deyə xəbərdarlıqda bildirilib.

Xəbər lenti

Çox oxunanlar