Xəzər Xəbər

İran üzərindəki hava məkanının bağlanması səbəbilə bəzi təyyarələr Bakı Aeroportuna eniş edib

Cəmiyyət | 08:50
İran üzərindəki hava məkanının bağlanması səbəbilə bəzi təyyarələr Bakı Aeroportuna eniş edib

İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Heydər Əliyev Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bakı hava limanına uğurla eniş edənlər sırasında “Jazeera Airways”aviadaşıyıcısının Moskva (DME) – Küveyt reysi, “Fly Dubai”ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də “Air Arabia” aviaşirkətinin Moskva – Şarja reysi yer alır.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün müvafiq resursları səfərbər edərək eniş etmiş reyslərə operativ və yüksək səviyyəli xidmət göstərir.

Xəbər lenti

Çox oxunanlar