Xəzər Xəbər

Bu il yeni doğulan uşaqlara ən çox qoyulan adlar məlum olub

Cəmiyyət | 16:25
Bu il yeni doğulan uşaqlara ən çox qoyulan adlar məlum olub

Bu ilin ötən dövrü ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyən edilib.

Xezerxeber.az Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, bu il doğulan oğlan uşaqlarına ən çox Uğur (1488), qızlara isə Zəhra (1044) adı verilib.

Oğlan adlarında sonrakı yerləri Əli (1160), Yusif (1004) və Hüseyn (1146) tutur.

Qız uşaqlarına isə ən çox qoyulan digər adlar Zeynəb (1033), Məryəm (1031), Aylin (951), Fatimə (777) və Mələkdir (731).

Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın axtarışı, mənası, şərhi, onunla bağlı statistik məlumat əldə edə bilərlər. 

Xəbər lenti

Çox oxunanlar