Xəzər Xəbər

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Cəmiyyət | 14:43
Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) İranlı həmkarları ilə Ağbənd-Salam-Məlik dəmir yolu xətti üzrə ən uyğun marşrut xəttini demək olar ki, razılaşdırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ADY sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, hazırda Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi sürətlə davam etdirilir. Növbəti mərhələdə Naxçıvan dəmir yollarının yenidən qurulmasının detallı layihə sənədlərinin hazırlanması işləri aparılır.

Rövşən Rüstəmov onu da bildirib ki, hazırda İran tərəfi ilə körpülərin yerləri və dəmir yolu xəttinin keçəcəyi marşrutla bağlı son danışıqlar aparılır.

Xəbər lenti

Çox oxunanlar