Xəzər Xəbər

Bakı və Abşeronda su basmış ərazilərdə tədbirlər görülür, 31 nəfər təxliyə edilib

Cəmiyyət | 10:57 • 22 Oktyabr 2024
Bakı və Abşeronda su basmış ərazilərdə tədbirlər görülür, 31 nəfər təxliyə edilib

Ötən gündən etibarən Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işlərinə cəlb olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nazarət və Sularda Xilasetmə Dövlət Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Tədbirlər çərçivəsində ümumilikdə 31 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda bir sıra ünvanlarda əməliyyat davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar