Xəzər Xəbər

Bank hesablarının dövriyyəsi 553 mln. manat olan fiziki şəxslər barədə məlumat DVX-yə göndərilib

Cəmiyyət | 16:45 • 21 Oktyabr 2024
Bank hesablarının dövriyyəsi 553 mln. manat olan fiziki şəxslər barədə məlumat DVX-yə göndərilib

Maliyyə Monitorinqi Xidməti (MMX) tərəfindən maliyyə sektorunda cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi baxımından kifayət qədər təhdidlər yaratdığını nəzərə alaraq, xüsusilə riskli hesab olunan və dövriyyəsi 553,1 milyon manat təşkil edən 1814 fiziki şəxs barədə məlumat vergidən yayınma hallarının mövcudluğunun araşdırılması məqsədilə Dövlət Vergi Xidmətinə göndərilib.

Xezerxeber.az xəbər verir, bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, MMX tərəfindən aparılan strateji təhlillər zamanı 2022-ci il ərzində 4 milyon nəfərə yaxın şəxsin bank hesablarına ödəniş terminalları vasitəsilə daxil olmuş vəsaitin 90,4 faizinin kiçik məbləğlərlə çoxlu sayda əməliyyatlar çərçivəsində aparılması müəyyən edilib ki, bu da əsas mənbənin və təyinatın yayındırılmasına cəhd edildiyini ehtimal etməyə əsas verib.

2023-cü il ərzində Xidmətə göndərilən şübhəli əməliyyatlara dair məlumatların keyfiyyətinin yüksəldilməsi məqsədilə geriyə məlumatlandırma qaydalarına uyğun olaraq öhdəlik daşıyan şəxslərə məlumat göndərilib.

Xəbər lenti

Çox oxunanlar