Xəzər Xəbər

Bakıda ər-arvadın meyiti tapıldı

Cəmiyyət | 16:00
Bakıda ər-arvadın meyiti tapıldı

Bakının Sabunçu rayonunda iki nəfərin meyiti aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, Baş Prokurorluğunun Mətbuat xidməti bu barədə açıqlama yayıb.

Bildirilib ki, Sabunçu rayonunda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Qeyd edilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçiril, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar