Xəzər Xəbər

Bakı əhalisinin 20%-nin ictimai nəqliyyata əlçatanlığı yoxdur

Cəmiyyət | 16:42
Bakı əhalisinin 20%-nin ictimai nəqliyyata əlçatanlığı yoxdur

"Bakıda ictimai nəqliyyata əlçatanlıq təxminən 80% dir. Bu o deməkdir ki, paytaxtda əhalinin 20%-nin ictimai nəqliyyata əlçatanlığı yoxdur".

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov bu gün keçirilən ictimai dinləmədə deyib.

“Hazırda Bakıda yeni avtobus şəbəkəsi hazırlayırıq. Bu şəbəkə ilə ictimai nəqliyyata əlçatanlığın 93 %-in üstünə çıxarılması planlaşdırır”, - deyə T.Səfərov əlavə edib.

Xəbər lenti

Çox oxunanlar