Xəzər Xəbər

TƏBİB Mübariz İbrahimovun atasının vəfatı ilə bağlı açıqlama yaydı

Cəmiyyət | 12:44
TƏBİB Mübariz İbrahimovun atasının vəfatı ilə bağlı açıqlama yaydı

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

TƏBİB-dən Xezerxeber.az-a bildirilib ki, 16.10.2024-cü il tarixində saat 09:00 radələrində Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiyon tədbirlər həyata keçirilib.

Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb.

Xəbər lenti

Çox oxunanlar