Xəzər Xəbər

Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb YENİLƏNİB

Cəmiyyət | 16:05
Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb

Oktyabrın 15-i saat 12 radələrində Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində Habil Əzizov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə qəza törədib.

Xezerxeber.az bildirir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, nəqliyyat vasitəsi su kanalına aşıb, sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

16:01

“Yuxarı Şirvan” kanalının Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar