Xəzər Xəbər

Səkkiz marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirilir

Cəmiyyət | 14:06
Səkkiz marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirilir

Bu gün saat 12:00-14:00 radələrində Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən Neftçilər prospektinə qədər olan hissədə aparılan söküntü işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Xezerxeber.az-a bildirilib ki, hərəkət sxemi dəyişdirilmiş marşrutlar 1, 2, 4, 10, 46, 120E, H1 və 125-dir.

Qeyd edilib ki, alternativ yol Kövkəb Səfərəliyeva və Rəşid Behbudov küçələridir.

Xəbər lenti

Çox oxunanlar