Xəzər Xəbər

Bakının 3 küçəsində hərəkət qismən məhdudlaşdırılıb

Cəmiyyət | 09:54
Bakının 3 küçəsində hərəkət qismən məhdudlaşdırılıb

Nəsimi rayonu, Alı Mustafayev küçəsi, “20 Yanvar”, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyaları istiqamətində yolda qısamüddətli təmir işləri aparılır.

Bu barədə Xezerxeber.az-a DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

“Bu məqsədlə zolaqlardan biri qismən məhdudlaşdırılıb. Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur”, - məlumatda vurğulanır.

Xəbər lenti

Çox oxunanlar