Xəzər Xəbər

Azərbaycanda COVID19-un yeni variantı yayılıb? AÇIQLAMA

Cəmiyyət | 09:20 • 10 Oktyabr 2024
Azərbaycanda COVID19-un yeni variantı yayılıb?

Dünyada COVID-19-un yeni variantı çox sürətlə yayılır. Ancaq müşahidələr onu göstərir ki, yeni variant çox da ağır xəstəliklə nəticələnmir.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyib.

O qeyd edib ki, bu xəstəlik ürəkbulanma, burun axması, boğaz ağrısı, öskürək, hərarət, halsızlıq kimi simptomlarla özünü büruzə verir.

"Ölkəmizdə hazırda payız mövsümü ilə əlaqədar COVID-lə yanaşı, digər respirator infeksiyalara yoluxma riski də artır. Bunlar fərqli viruslardır, amma əlamətləri bir-birinə bənzəyir. Xəstəliyin COVID olub-olmamasına isə testlər vasitəsilə qərar verilə bilər.

Koronavirusun yeni variantının başqa ölkələrdə yayıldığını nəzərə alsaq, bizim ölkəmizdə də olma ehtimalı yüksəkdir. Nəticə etibarilə COVID də respirator infeksiya olduğu üçün sürətlə yayılır. Hazırda müşahidə olunan xəstəliklərin səbəbini isə test etmədən demək çətindir.

Ümumiyyətlə, bu xsətəliklərdən qorunma yolları eynidir. Ara məsafə gözlənilməli, gigiyenik qaydalara riayət edilməlidir. Çox adam olan yerlərdə ehtiyatlı olmaq lazımdır. Bu, ümumi, hər bir şəxsin edəcəyi şərtlərdir. Xüsusi risk qrupu olan insanlar isə peyvənd vurdurmalıdır", - deyə o bildirib. (trend)

Xəbər lenti

Çox oxunanlar