Azərbaycanın elmi mühitində məqalələrin sayı artır.
Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə keçirilən Təhsilin İnkişafı Forumunda deyib.
“Bir daha bu nəticədə əməyi olan hər kəsə təşəkkür edirəm. Məhz bu nailiyyətlərə görə 100-dən çox alimə 1000 manatadək əlavə mükafatların verilməsinə başlamışıq. Bu hələ başlanğıcdır və davam edəcək. Alimlər motivasiya edilməlidir”, - deyə nazir qeyd edib.
Nazir onu da əlavə edib ki, dünyada fəlsəfə doktoru elmi dərəcəsi olan adamların hamısı əsl alim deyil.
"Biz belə elmi dərəcəsi olanlara "siz alim deyilsiniz" deməkdən qorxmalı deyilik. Alimin elmi tədqiqatı olmalıdır", - deyə nazir qeyd edib.